Modern.az

Meşədə ağac kəsənlərin işi prokurorluğa göndərildi

Meşədə ağac kəsənlərin işi prokurorluğa göndərildi

Aktual

7 Sentyabr 2022, 09:16

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri birgə məlumat yayıb.

 

Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı