Modern.az

Əcnəbi narkotacirə kuryerlik edənlər saxlanıldı - FOTO

Əcnəbi narkotacirə kuryerlik edənlər saxlanıldı - FOTO

Aktual

7 Sentyabr 2022, 09:20

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib, iki nəfər tutularaq məsuliyyətə cəlb edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlı saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın heroin, 500 qram tiryək, 100 qram metamfetamin və 300 ədəd tramadol həbləri aşkarlanaraq götürülüb.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən onlara deyilən yerdən narkotik vasitələri götürüb, paytaxta aparmaq istəyərkən elə iş başında yaxalanıblar.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı