Modern.az

Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

Aktual

7 Sentyabr 2022, 09:58

Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...