Modern.az

Almaniyanın XİN başçısı yenidən Kiyevdə

Almaniyanın XİN başçısı yenidən Kiyevdə

Aktual

10 Sentyabr 2022, 13:42

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya qəfil səfər edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu gün səhər saatlarında paytaxt Kiyevə gəlib.

 

Bu, Berbokun Ukraynada müharibənin başlamasından sonra Kiyevə ikinci səfəridir.

 

XİN başçısı bildirib ki, səfər Almaniyanın lazım olduğu müddətdə silahların tədarükü, humanitar və maliyyə dəstəyi ilə Ukraynanın yanında yer almaq niyyətinin davam etdiyini göstərir.

 

Berbok onu da qeyd edib ki, səfəri Almaniyada mümkün müharibə yorğunluğunun qarşısını almaq məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı