Modern.az

Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

Aktual

10 Sentyabr 2022, 13:54

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, tərəflər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır. Onun Azərbaycana səfəri gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...