Modern.az

“Ermənistan yeni müharibəyə hazır deyil” – Sefilyandan ETİRAF

“Ermənistan yeni müharibəyə hazır deyil” – Sefilyandan ETİRAF

Aktual

10 Sentyabr 2022, 15:00

“Nikol Paşinyan Ermənistanı yeni müharibə təhlükəsi ilə üz-üzə qoyub”.

 

Modern.az xəbər verir ki, bunu “Milli demokratik qütb” hərəkatının nümayəndəsi, radikal “Sasna –Tser” partiyasının üzvü Jirayr Sefilyan deyib. Onun fikrincə, hər an yeni müharibə başlaya bilər:

 

“Lakin əhali müharibəyə hazır deyil. Ermənistan siyasi cəhətdən təcrid olunmuş vəziyyətə düşüb. Erməni xalqı problemləri aradan qaldırmaq üçün müvəqqəti hökumət qurmalı və özünümüdafiəni təşkil etməlidir. Xalq ölkəni xilas etmək üçün birləşməli və mövcud hökuməti istefaya göndərməlidir”.

 

Sefilyan yaşından, cinsindən və yaşadığı yerdən asılı olmayaraq bütün Ermənistan vətəndaşlarını baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün mübarizə aparmağa çağırıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı