Modern.az

Daha 4 gəmi Ukraynadan yola düşdü

Daha 4 gəmi Ukraynadan yola düşdü

Aktual

11 Sentyabr 2022, 09:51

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, gəmilərin ümumi yükü 92,5 min tondur. Onlar Türkiyə, Livan və Niderlanda günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.

 

Həmçinin vurğulanıb ki, gəmilərin üçü Türkiyə və Şimali Afrika limanlarına doğru yol alıb.

 

Turan 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi