Modern.az

Xavi Zidanı geridə qoydu

Xavi Zidanı geridə qoydu

Aktual

11 Sentyabr 2022, 16:59

İspaniyanın "Barselona" komandasının sükanı arxasında olan Xavi Ernandes "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu geridə qoyub.

 

Modern.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.

 

Kataloniya təmsilçisi yerli çempionatda Xavinin rəhbərliyi altında ardıcıl 17-ci səfər matçında uduzmayıb. "Real Madrid" isə 2016-cı ildə Zinəddin Zidanın işlədiyi dönəmdə 16 səfər qarşılaşmasında yenilməyib.

 

Qeyd edək ki, Xavi Ernandes 2021-ci ilin noyabrında "Barselona"nın baş məşqçisi təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!