Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin narahatlığını ifadə edib. O, vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu deyib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.