Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyquya zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhəddəki vəziyyəti müzakirə ediblər.
Rusiya müdafiə naziri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılacağını bildirib.
Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.