Modern.az

İran XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ

İran XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ

Aktual

13 Sentyabr 2022, 10:48

İran Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün istənilən yardımı göstərməyə hazırdır. 

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib.  

 

"İki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllində ölkəmiz hər cür yardıma hazırdır", - deyə Kənani Bakı və İrəvana kömək təklifi edib.

 

Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı