Modern.az

Metroda QR kodla ödəniş etmək olacaq

Metroda QR kodla ödəniş etmək olacaq

Aktual

13 Sentyabr 2022, 11:17

"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.

 

Modern.az xəbər verir ki, bunu qurumun İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

 

Xidmət rəisi qeyd edib ki, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub:

 

"Bu cür ödənişlərin tətbiqinə tam hazırırq və  qərar gözləyirik".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!