Əməkdar artist Aleksandr Şapoval Ukrayna uğrunda gedən döyüşdə həlak olub.
Modern.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.
Məlum olub ki, Ukrayna Milli Operasının solisti Aleksandr Şapoval Donetsk vilayətinin Maiorsk kəndi yaxınlığında ağır yaralanıb, daha sonra dünyasını dəyişib. Bu, sentyabrın 12-də baş verib.
Aleksandr Şapoval cəbhədə qumbaraatanla silahlanmışdı. O, könüllü olaraq vətəni uğrunda döyüşməyə getmişdi.