Modern.az

Prezident bir saat bomba sığınacağında gizləndi

Prezident bir saat bomba sığınacağında gizləndi

Aktual

25 Oktyabr 2022, 17:24

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hava hücumu xəbərdarlığı səbəbindən Ukraynanın Çerniqov vilayətinin Koryukovka şəhərində bir saat bomba sığınacağında qalmalı olub.

Modfern.az verir ki, bu barədə ARD teleradio şirkətinin jurnalisti məlumat yayıb.
 

"Hava xəbərdarlığı! Ukraynanın şimalındakı Koryukovkaya çatdıqdan bir neçə dəqiqə sonra prezident Ştaynmayer bomba sığınacağına düşməyə məcbur oldu”, - ARD-nin jurnalisti Mattias Deiss öz tvitter-də yazıb.
 

Daha sonra o əlavə edib ki, Ştaynmayer bomba sığınacağında yerli sakinlər və Koryukovka meri ilə söhbət edib.


Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu gün Ukraynaya gəlib. Bu, onun Ukraynaya müharibə başlayandan bəri ilk səfəridir.


Qeyd olunur ki, dövlət başçısı Kiyevə qatarla gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı