Modern.az

Mağazadan 4 290 manat pul oğurlandı

Mağazadan 4 290 manat pul oğurlandı

Aktual

26 Oktyabr 2022, 10:54

Binəqədi Rayon Polis İdarəsinin-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Budaqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış