"Burada bir güneyli tələbə dövlət hesabına təhsil almır. İdeoloji baxımdan güneylə yaxşı əlaqə qura bilməmişik. İndi Prezident İlham Əliyevin son çıxışından sonra hamısı bir kampaniyaya qoşulub".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayında çıxışı zamanı deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ədəbi əlaqələr qurulmalıdır.
"Mədəniyyət sahəsindəki səhvlər nəticəsində kitabların tirajı azdır. Rayon və kəndlərimizdə kitabxanalar ixtisar edilib. Bu, ədəbiyyatın faciəsidir. Kənd əhalisi yığışmağa məscidlərdən başqa bir yer tapmır. Bu cənub qonşularımızın işinə yarayır".
Deputat qeyd edib ki, ingilis və rus dilli məktəblərin sayı artır: "O uşaqlar, şagirdlər Azərbaycan ədəbiyyatından xəbər tutacaqmı?! Dünya muzeylərindəki Azərbaycanın klassik əsərləri ölkəmizə qaytarılmalıdır".