Modern.az

Roma Papası Putin və Zelenskini Vatikana ÇAĞIRDI

Roma Papası Putin və Zelenskini Vatikana ÇAĞIRDI

Aktual

26 Oktyabr 2022, 14:50

Roma Papası Fransisk Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya dövlət başçısı Vladimir Putini danışıqlar aparmaq üçün Vatikana dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Köhnə Dindarlar İttifaqının prezidenti Leonid Sevastyanov bildirib. 

 

"Makron Papanın danışıqlar aparan şəxs kimi Avropaya uyğun olduğunu göstərdi. Sonra məlum oldu ki, o, Rusiya tərəfi üçün də məqbuldur. Roma Papası unikal şəxsiyyətdir, neytral, nüfuzlu və barışıq üçün vaxt sərf etməyə hazırdır", - Sevastyanov bildirib.

 

Qeyd edək ki, Roma Papası Fransisk dəfələrlə Rusiya və Ukraynanı sülh danışıqlarına, müharibəyə son qoymağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı