Modern.az

Tələbələrə makyaj və saqqal qadağası qoyulub? - AÇIQLAMA

Tələbələrə makyaj və saqqal qadağası qoyulub? - AÇIQLAMA

Aktual

26 Oktyabr 2022, 14:58

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələrinə geyim, makyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması məlumatı yayılıb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, göndərilən göstərişdə bildirilib ki, tələbələr bunlara riayət etməsə, müvafiq addımlar atılacaq.

 

"Rəhbərliyin göstərişi ilə sabahdan universitetə gələrkən oğlan tələbələrimiz üzləri təmiz (təraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələrimiz isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinərək gəlməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq" - deyə qeyd olunub.

 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətindən isə bildirilib ki, rəhbərliyin belə bir göstərişi olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:

 

"Məsələdən xəbərdarıq. Hazırda bununla bağlı araşdırma aparılır və bunun kim tərəfindən göndərildiyi müəyyənləşdirilir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı