Modern.az

Bu qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir

Bu qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir

Aktual

26 Oktyabr 2022, 15:54

“Süd vəzi xərçənginin ən ağır forması olan 4-cü mərhələdə belə sağalmaq mümkündür”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

 

O, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən anaların körpələrinə hansı hallarda süd verə biləcəyinə də aydınlıq gətirib: "Əgər şiş xoşxassəlidirsə, çıxarılıbsa və ya çıxarılmağa ehtiyacı yoxdursa, qadın uşağına süd verə bilər. Lakin qadında bədxassəli şiş varsa, əməliyyat olunubsa, həmin qadınlara uşaq dünyaya gətirmək tövsiyə edilmir".

 

O qeyd edib ki, xoşxassəli şişin süd vəzindən çıxarılmasından sonra bir daha yaranma ehtimalı yoxdur:

 

“Lakin bədxassəli şiş əməliyyatla götürülübsə, həmin şəxs yenidən xərçəng xəstəliyinə tutula bilər”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı