Modern.az

Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Aktual

4 Noyabr 2022, 00:24

“Bu gün güclü rəqibə qarşı oynadıq”.

 

Modern.az xəbər verir ki, bunu "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Almaniyalı mütəxəssis heç-heçə bitən görüşü belə şərh edib: “Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.

 

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Turnirin qrup mərhələsinin altıncı turunda Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.

 

Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı