"Twitter" şirkəti Hindistandakı ofisinin işçilərini kütləvi şəkildə ixtisar etməyə başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ixtisarlar şirkətin yeni sahibi, amerikalı milyarder Elon Mask tərəfindən həyata keçirilir.
Məlumata görə, şirkətin Hindistandakı işçilərinin 50%-dən çoxu işdən çıxarılıb.
Qeyd edək ki, oktyabrın 27-də İlon Mask “Twitter”i satın alıb.