Modern.az

Bakı və Abşeronda ev yandı

Bakı və Abşeronda ev yandı

Aktual

23 Noyabr 2022, 17:57

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Abşeron rayonunun Novxanı kəndində isə ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə yanıb, yüksək temperaturdan tavanı 60 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?