Modern.az

Zelenski “ilin adamı” seçildi

Zelenski “ilin adamı” seçildi

Aktual

5 Dekabr 2022, 14:16

Böyük Britaniyanın “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini “ilin adamı” seçib. 

 

Modern.az xəbər verir ki, nəşr Ukrayna liderini Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü adlandırıb. 

 

“Ukrayna Prezidenti əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmlə qlobal mübarizədə demokratik dünyanın flaqmanı oldu”, - məlumatda deyilir. 

 

Bildirilir ki, bu səbəblərə görə “Financial Times” Zelenskini “ilin adamı” seçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı