Modern.az

Levandovski Peleni qabaqladı

Levandovski Peleni qabaqladı

Aktual

5 Dekabr 2022, 15:08

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb.

 

Modern.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

 

Belə ki, 90+9-cu dəqiqədə penaltidən fərqlənən forvard yığmadakı qollarının sayını 78-ə çatdırıb.

 

Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

 

Qeyd edək ki, siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo başçılıq edir. İran millisinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?