Modern.az

Messi PSJ-nin düşərgəsinə qayıtdı

Messi PSJ-nin düşərgəsinə qayıtdı

Aktual

4 Yanvar 2023, 15:16

Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra Parisə gələrək, kollektivə qoşulub.

 

Ulduz futbolçuya əlavə istirahət verildiyindən, o, "Strasburq"a 2:1 hesabı ilə qalib gəldikləri, "Lans"a isə 1:3 hesabı ilə uduzduqları çempionat oyunlarını buraxıb.

 

Qeyd edək ki, Argentina yığması mundialın finalında Fransaya qalib gələrək dünya çempionu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...