“Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”.
Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır: "Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağlıdır".
“İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğruda səylər davam edəcək. Heydər Əliyev xalqlarımızın və bölgənin inkişafı üçün böyük töhfələr verib. O, daim Azərbaycanın gələcəyi üçün düşünüb. Heydər Əliyev bütün imkanlarını ölkənin gələcəyi üçün səfərbər edib”, - deyə Beqay söyləyib.