Modern.az

BMU-da ağacəkmə aksiyası keçirilib

BMU-da ağacəkmə aksiyası keçirilib

Aktual

15 Mart 2023, 14:30

Bakı Mühəndislik Universitetində (BMU) müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

 

Modern.az xəbər verir ki, aksiyada BMU-nun rektoru, professor Havar Məmmədov, ali təhsil ocağının əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

 

Yaşıllıqların artırılması, ətraf mühitin sağlamlaşdırılmasına dəstək, eyni zamanda ekoloji mədəniyyətin təbliği məqsədi daşıyan aksiyada ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub, görkəmli dövlət xadiminin bütün siyasi fəaliyyəti ərzində təbiətin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb. Bildirilib ki, Ulu Öndərimiz tərəfindən əsası qoyulan ekoloji siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ekoloji təhlükəsizliyin təmin olunması, həmçinin yeni-yeni yaşıllıqların və parkların salınması istiqamətində davamlı tədbirlər gerçəkləşdirilir.

 

Agacəkmə kampaniyasında universitet ərazisində Abşeron yarımadasının təbiəti və iqliminə uyğun olaraq 250-dən artıq müxtəlif növ ağaclar əkilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı