Azərbaycan və Türkiyənin Böyük Britaniyadakı səfirləri görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri Elin Süleymanov tvitetr hesabında bildirib.
“Əziz dostum, qardaş Türkiyənin Birləşmiş Krallıqdakı səfiri cənab Osman Koray Ertaş xoş gəlmisiniz! Birləşmiş Krallıqda səfir kimi fəaliyyətə başlamanız münasibətilə sizə bol-bol uğurlar arzulayıram”, - diplomat qeyd edib.