Modern.az

Pirallahıya gedən avtobusların hərəkət sxemi dəyişdirilir

Pirallahıya gedən avtobusların hərəkət sxemi dəyişdirilir

Aktual

27 Mart 2023, 14:24

Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

 

Bu barədə Modern.az-a Agentlikdən bildirilib.

 

Məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı