Modern.az

UNEC-in 10 tələbəsi ikili diplom proqramının məzunu oldu

UNEC-in 10 tələbəsi ikili diplom proqramının məzunu oldu

Aktual

30 Mart 2023, 14:54

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək, məzun oldu.

 

3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin də diplomunu əldə etmiş olacaqlar.

 

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramınının məzunlarının sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

 

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarə olunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...