Modern.az

Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ 

Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ 

Aktual

1 Aprel 2023, 13:40

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter“ hesabında paylaşım edib.

 

“Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, - XİN rəsmisi qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı