Modern.az

İran Bakıya yeni səfir göndərir? - FOTO

İran Bakıya yeni səfir göndərir? - FOTO

Aktual

2 Aprel 2023, 15:52

İranın Azərbaycana yeni səfir göndərəcəyi iddia olunur.

 

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalında məlumat paylaşılıb. 

 

Bildirilib ki, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana səfir təyin olunacaq.

 

Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində çalışıb. O, XİN-də İdarə rəisidir.

 

Qeyd edək ki, İranın Azərbaycana yeni səfir təyinatı barədə rəsmi açıqlama verilməyib. Onu da bildirək ki, İranın Bakıda fəaliyyət göstərən hazırki səfiri Seyid Abbas Musəvidir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı