Modern.az

“Gəmiqaya”nın sabiq nazir olan direktoru işdən çıxarıldı

“Gəmiqaya”nın sabiq nazir olan direktoru işdən çıxarıldı

Aktual

3 Aprel 2023, 10:18

"Gəmiqaya" Taxıl Məhsulları MMC-nin direktoru Famil Seyidov vəzifəsindən azad edilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, artıq bu vəzifəyə yeni təyinat da olub.

 

Belə ki, əvvəllər Naxçıvan Biznes Mərkəzinin direktoru vəzifəsində çalışmış Qardaşxan Əliyev buraya direktor təyin olunub.

 

Qeyd edək ki, Famil Seyidov daha əvvəl Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?