Modern.az

Saxta kampaniya barədə mesajlara inanmayın - Xəbərdarlıq

Saxta kampaniya barədə mesajlara inanmayın - Xəbərdarlıq

Aktual

3 Aprel 2023, 10:42

Ramazan bayramı münasibətilə pulsuz 50 GB internet paketi qazanmağı vəd edən saxta kampaniya barədə mesajlara etimad etməyin.

 

Modern.az-ın məlumatına görə, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, vatsap tətbiqi vasitəsilə göndərilən bu mesajlarda istifadəçilərdən ilkin olaraq mobil nömrələrini daxil etmələri, daha sonra isə kampaniya barədə məlumatı ən azı 12 vatsap istifadəçisi və yaxud qrupu ilə paylaşmaları tələb olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi saxta kampaniyalara inanmamağı, keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı