Modern.az

"WhatsApp"dan növbəti yenilik

"WhatsApp"dan növbəti yenilik

Aktual

3 Aprel 2023, 10:50

“WhatsApp” məxfiliyə yönəlmiş funksiyaları artırmağa davam edir. Ani mesajlaşma platforması istifadəçilərə barmaq izi və ya şifrədən istifadə edərək müəyyən söhbətləri kilidləməyə imkan verəcək.

 

Modern.az-ın məlumatına görə, bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

 

Hazırda "Android" və "iOS"da "WhatsApp"ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

 

Yeni kilidlənmiş söhbət funksiyasının təfərrüatları hələlik məlum deyil, ancaq bunun həm qrup, həm də fərdi söhbətləri kilidləməyə imkan verməsi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran hərəkətə keçdi - Bakıya qarşı növbəti hücum