Modern.az

Türkiyə "KızılElma"nı dördüncü dəfə səmaya qaldırdı - VİDEO

Türkiyə

Aktual

16 Aprel 2023, 00:50

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız döyüş təyyarəsi dördüncü uçuşunu həyata keçirib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, pilotsuz qırıcı Tekirdağın Çorlu şəhərindəki sınaq mərkəzindən havaya qalxıb.

 

Bildirilir ki, təyyarənin dördüncü uçuşu da uğurlu alınıb və bütün tapşırıqları yerinə yetirib.

 

Bu günə qədər iki prototipi yaradılan "KızılElma"nın inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması hədəflənir.

"Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. Ötən ilin noyabr ayında uçuş-enmə zolağında sınaqlara başlayan təyyarə ilk uçuşunu dekabr ayının 14-də həyata keçirib.

6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək. "KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsinin Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub. Uçuş aparatının mühərrikləri Ukraynanın "İvçenko-Progress" şirkəti tərəfindən istehsal edilib.

Qeyd edək ki, insansız döyüş təyyarələri ənənəvi pilotsuz uçuş aparatlarından (PUA) fərqlidir. Belə ki, insansız qırıcılar hava hədəflərini məhv edə, daha ağır silahlar daşıya bilir. Türkiyə bu təyyarəni istehsal edən azsaylı ölkələrdən biridir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?