TQDK Gəncə şəhərində “Memarlıq” komissiyası (86) üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib. Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Dövlət Aqrar Universitetinin “Memarlıq” ixtisasına qəbul aparılmadığına görə Gəncə şəhərində “Memarlıq” komissiyası (86) üzrə seçmə turda (01.05.-20.05.13-cü il tarixlərində) iştirak edərək qeydiyyatdan keçmiş abituriyentlər müvafiq ixtisas üzrə Bakıda keçirilən qabiliyyət imtahanlarında iştirak etmək istədikləri halda, 16.07. – 19.07.13-cü il tarixlərində TQDK-nın Gəncə Regional Bölməsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər.
Modern.az