Modern.az

Əvəz Temirxan: “Prezident seçkisində Liberal Partiyanın namizədi qalib gələcək”

Əvəz Temirxan: “Prezident seçkisində Liberal Partiyanın namizədi qalib gələcək”

Aktual

18 İyul 2013, 14:40


“Builki prezident seçkisində Liberal Partiyanın namizədi prezident seçiləcək. Buna tam əminəm”. Bunu Modern.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan Milli Şuranın sədri  Rüstəm İbrahimbəyovun qeydiyyata alınmayacağı təqdirdə Lalə Şövkətin prezidentliyə namizədliyinin partiya tərəfindən irəli sürüləcəyi ilə bağlı suallarımızı cavablandırarkən deyib. O bildirib ki, onların irəli sürdüyü yeganə  namizəd yalnız Rüstəm İbrahimbəyovdur.

Partiya sədri əminliklə vurğulayıb ki, Milli Şuranın vahid namizədi R.İbrahimbəyov mütləq qeydə alınacaq. “Bundan sonra o mütləq qalib gələcək. Azərbaycan xalqı yeni ilə yeni prezidenti ilə qədəm qoyacaq. İstərdim ki, hər bir vətəndaş bunu bilsin. Ona görə də seçicilər Rüstəm İbrahimbəyova səs versinlər və onun qələbəsi qorusunlar”.

Xatırladaq ki, Milli Şurada təmsil olunan aparıcı müxalifət partiyalarının liderlərinin dəstəyi ilə Rüstəm İbrahimbəyov qurumun vahid namizədi kimi elan olunsa da, ziddiyyətli müzakirələr səngimək bilmir.  

Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı