Modern.az

Arayik Ağdam-Xankəndi yolu ilə bağlı açıqlama verəcək

Arayik Ağdam-Xankəndi yolu ilə bağlı açıqlama verəcək

Aktual

24 Avqust 2023, 16:07

Qarabağ separatçıları Ağdam-Xankəndi yolunin açılması təklifini öz aralarında müzakirə edirlər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Xankəndidəki qondarma rejimin başçısı Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan bildirib. O deyib ki, Ağdamdan Xankəndiyə gedən yolun açılması ilə bağlı hələ yekun qərar verilməyib. L.Avanesyan həmçinin bəyan edib ki, Arayik Arutyunyan tezliklə Xankəndidəki rejimin vəziyyəti və öz yanaşmaları haqqında məlumat dərc edəcək.

Qeyd edək ki, xeyli vaxtdır Qarabağdakı separatçılar arasında gərginlik hökm sürməkdədir. Qondarma rejimin hazırkı başçısı Arayik Arutyunyanın tərəfdarları ilə rusiyalı oliqarx Ruben Vardanyanın tərəfdarları arasında mübarizə gedir. Bu mübarizədə separatçıların eks-başçıları Bako Saakyan, Arkadi Qukasyan da Vardanyanın yanında yer alırlar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı