Modern.az

Qızıl Ayparanın yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Qızıl Ayparanın yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Aktual

9 Sentyabr 2023, 15:21

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır.

Modern.az xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər isə ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı