Bakıdakı "Dalğa Arena"da keçirilən Azəbaycan-Belçika oyununda hesab açılıb. 40-cı dəqiqədə qonaqlar komandamızın qapısından keçirdikləri top hesabına irəli çıxıblar - 0:1.
Modern.az-ın məlumatına görə, matçın ilk yarısı başa çatıb.
***
Avro-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları davam edir.
Modern.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün meydana çıxıb.
Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edir.
"Dalğa Arena"da keçirilən görüş saat 17:00-da başlayıb. Hələ ki oyunda hesab açılmayıb.
Heyətlər:
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin CƏfərquliyev, 15. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Belçika: 12. Kun Kastels, 3. Artur Teate, 5. Yan Vertongen, 4. Vaut Fas, 21. Timoti Kastan, 11.Leandro Trossars, 5. Amadu Onana, 8. Yuri Tilemans, 10. Yannik Karrasko, 9. Romelu Lukaka (k), 19. Yohan Bakayoko
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi