Modern.az

Nazirlik əməkdaşları bir qutu qızıl tapdı - Sahibinə qaytardı

Nazirlik əməkdaşları bir qutu qızıl tapdı - Sahibinə qaytardı

Aktual

13 Noyabr 2023, 12:40

Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.

 

FHN-dən Modern.az-a verilən məlumat görə, qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

 

Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı