Modern.az

Bu gün Türkiyə-Rusiya siyasi məsləhətləşmələri keçiriləcək

Bu gün Türkiyə-Rusiya siyasi məsləhətləşmələri keçiriləcək

Aktual

21 Noyabr 2023, 11:32

Bu gün Türkiyə və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr keçirləcək.

Modern.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, məsləşətləşmələr noyabrın 21-də Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.

“Rusiya Federasiyası ilə Türkiyə arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr çərşənbə axşamı Moskvada baş tutacaq”, - məlumatda deyilir.

Türkiyə tərəfdən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiya tərəfdən isə nazir müavinləri Sergey Verşinin və Aleksandr Qruşko rəhbərlik edəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?