Modern.az

Sumqayıtda avtomobil yandı

Sumqayıtda avtomobil yandı

Aktual

27 Fevral 2024, 08:47

Sumqayıt şəhərində avtomobil yanıb.

 

Modern.az xəbər  verir ki, hadisə şəhərin 21-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Ramin Heydər oğluna məxsus “Opel” markalı avtomobilin mühərrik hissəsi yanıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Yanğının səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!