Modern.az

Ötən gün 9 tüfəng, 1 tapança təhvil götürülüb

Ötən gün 9 tüfəng, 1 tapança təhvil götürülüb

Aktual

20 Sentyabr 2024, 10:00

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 19-da polis əməkdaşları paytaxtda və rayonlarda müxtəlif markalı 6 tüfəng təhvil götürüblər.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng, 1 patron darağı və 9 patron aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!