Modern.az

Paşinyan Qriqoryanı Moskvaya göndərdi

Paşinyan Qriqoryanı Moskvaya göndərdi

Aktual

17 Oktyabr 2024, 11:00

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Moskvaya ezam olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan baş nazir Nikol Paşinyanın tapşırığına əsasən, oktyabrın 17-19-da Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında iştirak edəcək.

Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə nazir müavini A.Simonyan və Dövlət Dumasının sədr müavini A.Muradyan da daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!