Modern.az

Kanaldan meyit tapıldı

Kanaldan meyit tapıldı

Aktual

19 Oktyabr 2024, 20:39

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...