Modern.az

Yaralı azərbaycanlıların ölkəyə gətirilməsi üçün tədbirlər görülür

Yaralı azərbaycanlıların ölkəyə gətirilməsi üçün tədbirlər görülür

Aktual

25 Dekabr 2024, 20:21

Aktauda müalicəsi davam edən Azərbaycan vətəndaşlarının ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında bildirilib.

 

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?