Modern.az

Güney Azərbaycanda və İranda son həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və İranda son həftənin ictimayi–siyasi mənzərəsi

Aktual

11 Yanvar 2014, 15:12

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı



Məlum olduqu kimi iranda ictimai-siyasi və iqtisadi gərginlik davam etməkdədir.

İran rejiminin rəsmləri bu gərginliyi və ölkəyə tətbiq olunuan iqtisadi sanksyaları aradan qaldırmaq üçün min bir yola əl atsalarda hələki bir nəticə görünmür.

Bu səbəblərdən dolayı İranda ölkə boyunca iqtisadi gərginlik bütün sahalərdə özünü göstərməkdədir.

Rejim hətta dövlət məmurlarının maşlarını vaxtı vaxtında ödəyə bilimir.

Mənbələrimizin verdiyi məlumata əsasən dövlət büdcəsindən maliyələşən müsisələrin bir çoxu aylardır ki işçilərin aylıq maşlarını ödəməkdə çətinlik çəkir.

Bu səbəbdən səkkiz aydır maaş almayan Təbriz Traktor zavodu sənaye makinaları işçiləri Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə etiraz aksiyasi keçirərək gecikmiş maaşları, habelə sığorta haqlarını tələb ediblər.

“250 sənaye makinaları işçisinə səkkiz aydır maaş verilməyib. Bundan əlavə istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan məsullarının məsələyə laqeyd yanaşması işçilərə etiraz aksiyasi keçirməkdən başqa çarə buraxmayıb,” deyə qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə məlumat verib.
Sadiqzadənin sözlərinə görə, işçilər geçikmiş maaşları ilə bərabər, sosial sığorta kartının uzadılması və vilayət məsullarının zavodun problemlərinə diqqət göstərməsini tələb edir.İşçilər həmçinin dekabrın 18-də Şərqi Azərbaycan Valiliyi önündə də bənzər aksiya təşkil etmişdilər.

Əmək Koalisiyasının katibi problemlərin hökümət tərəfindən yürüdülən yanlış siyasət nəticəsində ortaya çıxdığını qeyd edib.

Buna bənzər etirazlar iranın başqa şəhərlərindədə baş verdiyini bildirən mənbələrimiz son bir ildə iranda işsizlərin sayının inanılmaz dərəcədə çoxaldıqı aşkar şəkildə özünü büruzə verir.ölkədə az təminatlı ailələr yoxsulluq hədində yaşayırlar.ərzaq mallarının qimətlərində ifrat dərəcədə bahlaşma,işsizlik səviyyəsinin yüksəlişi kirayədə yaşayan ailələr üçün dahada acınacaqlı vəıziyyət yaradıb.Yaşadıqları  evlərin kirayə haqını ödəyə bilməyən ailələr bu soyuq qəış aylarında küçələrdə və parklarda ağır durumda yaşamaq məcbur olurlar və nəticədə ölkədə oğrluq və cinayətlərin sayı qabaq ki illərə nisbətən qat qat çoxalıb,intihar edənlərin sayındada ciddi artım müşahidə olunmaqdadır.

Xatırladım ki,İran rejimi gizli və aşakar yollarla neft məhsullarının ixracını davam etdirir lakin həmin mənbələrdən əldə olunan maliyənin hara və necə xərcləndiyi məlum deyil.Bəzi mənbələrimiz qeyd edir ki,İran rejimini iqtisadi blokadadan çıxarmaqa çalışan qarabazar dəllalları var ki iran onların vasitəsilə neft məhsullarını dəyə dəyməz qimətə sataraaq həmin pulları  rejimin birqurup admları arasında bölüşdürürlər.Həmin pulların bir qismi terror şəbəkələrinə qlanı öz şəxsi hesablarına yatırılır.Məlumata görə  İran son 9 ay ərzində (martın 21-dən dekabrın 21-dək) neftin satışından 34 milyard dollar gəlir əldə edib”.Bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.
 
Onun sözlərinə görə, 2013-cü ildə maye qazların satışında əvvəlki illə müqayisədə artım qeydə alınıb.
 
B.N.Zəngənə deyib ki, İranın neft-kimya məhsullarının illik dəyəri 20 milyard dollardır: “İran neft-kimya sahəsində 7 il içərisində yatıracağı 75 milyard dollarlıq sərmayə ilə bu rəqəmi 20 milyarddan 70 milyard dollara çıxarmağı qarşısına məqsəd qoyub”.
 
Nazir vurğulayıb ki, İran 2014-cü ildə gündəlik orta hesabla 1,4 milyon barel neft və maye qaz satışını həyata keçirmək niyyətindədir: “Bunda neft-kimya məhsullarının çəkisi 100 barel olacaq”.

Bu arada İran rejimi qeyri fars millətlərə təziqlərini davam etdirib.Beləki iranda Məşhur Fars irqçi Həddad Adildən daha bir radikal addım gündəmə gəlib.

İran İslam Respublikasının əsas ideoloqlarından sayılan, keçmiş parlament sədri, fars dili və ədəbiyyatı mədəniyyət evinin (fərhəngistan) rəisi Həddad Adil daha bir irqçi hərəkətlə Güney Azərbaycan mətbuatının gündəminə düşüb.
Keçmişdə də dəfələrlə oxşar irqçi mövqeyinə görə İranda yaşayan qeyri-fars millətlərin tərəfindən məhkum edilən H.Adil görünür ki irqçi düşüncəsindən əl çəkmək fikrində deyil. Məlumata görə, H.Adil məsullardan birinə qeyri-fars dilindən istifadə edən məmuru işdən çıxartdığına görə xüsusi təşəkkür edib.
O İranın “kanal 2” televizyonunda qısaca bunları deyib:
“Mən cənab Zərğamidən işçilərin birini işdən uzaqlaşdırmağa görə təşəkkür edirəm. Ona görə ki, həmin işçi bütün xəbərdarlıqlara baxmayaraq yenə də fars sözü olan “peyamək” yerinə “SMS” sözü işlədirdi.
Fars dili və ədəbiyyatının mədəniyyət evinin xüsusi bölümü qeyri-fars sözlərinin yerinə 80000 fars sözünü seçib, lakin bunlardan hələlik 45000-i təsdiqlənib... .
İslam dini bizim kimliyiminin mühüm faktorudur, lakin biz islamdan başqa daha bir mühüm faktorada malikik., hansıki bizə kimlik bəxş edir. O faktor fars dili və ədəbiyyatıdır.
İran malları və mağazaların tabloları üzərində qeyri-fars sözlərinin yazılması da doğru deyil. Bunun çarəsi odur ki, əhali həmin mağazalardan alış-veriş etməsin. Əgər onlar fars dilinə hörmət etmirlərsə, xalq da onlara hörmət etməsin”.
Qeyd edək ki, fars dili və ədəbiyyatı üçün bu qədər çalışan irqçi siyasətçi digər millətlərin dilinə heç bir hörmət etmir. H.Adil bir neçə ay öncə keçirilən seçkilərdə prezidentliyə namzədlərdən biri idi. O təbliğat və təşviqat müddətində azərbaycanlıların ana dili ilə bağlı verilən suallarına olduqca laqeyd yanaşdı və ana dili uğrunda mübarizəni ölkənin ərazi bütövlüyünə təhlükə kimi qələmə verdi. H.Adil yazdığı şeirlərin birində isə Təbriz, Buxara, Səmərqənd və s. kimi şəhərləri fars şəhəri kimi təqdim etmişdir. Həmin şeir rejim tərəfindən dərsliyə də salınmışdır. Lakin Azərbaycan Milli Hərəkatının apardığı mücadilə nəticəsində bir il sonra həmin şeir dərslikdən götürüldü. H.Adilin irqçi həəkətlərindən danımaq hər halda bu yazıya sığmaz... .

Bu arada Şimali İraqda qurulan qondarma kürd hökümətinə güvənən İranın Qərbi Azərbaycan vilayətinin Mahabad (Soyuqbulaq) şəhərinin İran parlamentindəki kürd əsilli millət vəkili Osman Əhmədinin yanvarın 5-də parlamentdə etdiyi çıxışı ciddi rezonans doğurub. 

Yada salaq ki, kürd millət vəkili Azərbaycan torpaqlarını əhatə edən “Şimali Kürdistan” adlı yeni vilayətin yaradılması tələbini irəli sürüb. O, daha 10 vilayətin yaradılıb ölkə vilayətlərinə əlavə edilməsini və Mahabad şəhəri mərkəz olmaqla, “Şimali Kürdistan” vilayətinin yaradılmasını istəyib.

Mahabad Qərbi Azərbaycanda yerləşən bir şəhərdir və onun tarixi adı Soyuqbulaqdır.Təxminən 1946-ci dək Mahabadın adı Soyuqbulaq olub: “Oranın İran parlamentindəki deputatı Osman Əhmədi deyib ki, Şimali Kürdüstan ostanı yaradılmalı və mərkəzi də Mahabad olmalıdır. Şimali Kürdüstan ostanının nəzərdə tutduğu torpaqlar Qərbi Azərbaycan vilayətinə məxsus torpaqlardır və Mahabadın özü də hazırda Qərbi Azərbaycan ostanına tabedir”.

Qərbi Azərbaycanın kürdləşdirilməsi siyasəti uzun illərdir aparılır: “Qərbi Azərbaycanın kürdləşdirilməsi prosesi Azərbaycanla Türkiyə arasına bir kürd zolağı salmaq siyasətidir və İran hakimiyyəti tərəfindən də dəstəklənir”.

Lakin Azərbaycan artıq dəyişilib və əhali bütün prosesləri dərk edir: “Xüsusilə, Qərbi Azərbaycanda milli hərəkat olduqca güclüdür. Hətta, azərbaycanlı millət vəkilləri, hansı ki, bir çox məsələlərdə bizim fikirlərimizi bölüşmürlər, ancaq gördüyünüz kimi bu məsələdə həssaslıq göstərirlər. Artıq Makunun, Urmiyənin, Xoyun, və Qoşaçayın millət vəkilləri kürdlərə sərt reaksiya veriblər. Millətimiz də olduqca oyanıqdır. Ancaq qarşı tərəf də gücsüz deyil. PKK onların arxasında gündən-günə daha möhkəm dayanır. İran hökuməti də banklar vasitəsilə kredit ayırmaqla onları dəstəkləyir. Məqsəd də odur ki, kürdlər axışıb o bölgəyə gəlsinlər. Ancaq bu cəhdlər havada qalacaq. Ona görə də millətimiz doğrudan, xüsusilə də o bölgədə olduqca oyaqdır”.

Hazırda Naxçıvanın İranla həmsərhəd bölgələrində 4-5 kürd şəhərciyi qurulub: “Artıq həmin bölgələrə kürd əhalisi yerləşdirilir. Məqsəd də ondan ibarətdir ki, Naxçıvanın o tərəfi kürdləşdirilsin. Yəni, kürdlər Araza qədər gəlsinlər. Necə ki, vaxtilə Göyçə və Zəngəzur Ermənistana verildi, bunun nəticəsində Ermənistan sərhədləri Arazadək uzandı. İndi də istəyirlər ki, o tərəfdən kürdlər Arazadək gəlsinlər və həm Türkiyə ilə Azərbaycanın arası kəsilsin, həm də Naxçıvan blokadaya alınsın. O tərəfi erməni, bu tərəfi kürd olsun”.

Qərbi Azərbaycanın kürdləşdirilməsi məsələsi nə qədər Güney Azərbaycanın milli məsələsidirsə, bir o qədər də Azərbaycan Respublikası və Türkiyənin məsələsidir: “Azərbaycan Respublikası və Türkiyə bizə ilk növbədə mənəvi olaraq yardım etməlidirlər. İkincisi özlərinə yardım etməlidirlər. Bu məsələlər hər iki ölkədəki araşdırma mərkəzlərində yaxşı-yaxşı araşdırılmalıdır. İlk növbədə mediadan başlamaq lazımdır və məsələnin mühüm, önəmli və kritik olmasını çatdırmaq lazımdır. İran istəyir ki, Azərbaycan türkləri oradan Kirmana və İranın digər mərkəzi bölgələrinə köçsünlər, orada farslaşsınlar. Köçən azərbaycanlıların yerinə də kürdlər gəlsinlər və tarixi türk torpaqları kürdləşdirilsin. Son məqsəd budur”.

Müsahibimiz maraqlı bir məqama da diqqət çəkib. Deyib ki, İran hakimiyyətinin özünün də zaman-zaman kürdlərlə probleminin olmasına baxmayaraq iş bu məsələyə gələndə onlar anlaşa bilirlər: “Çünki İran hakimiyyətinin kürdlərdən bir o qədər qorxusu yoxdur. Amma Azərbaycan İran üçün həyati əhəmiyyət daşıyır, azərbaycanlıların sayı da çoxdur və kürdlərdən fərqli olaraq siyasi cəhətdən bir qədər bacarıqlıdırlar. Bu səbəblərə görə İran hakimiyyəti çalışır ki, o region (bölgə) kürdlərin əlinə keçsin. Digər tərəfdən, rəsmi Tehran çalışır ki, Qərbi Azərbaycan bölgəsinə iddialar artsın və bölgə mübahisəli əraziyə çevrilsin. Yəni yaxın hədəf, türklərin Qərbi Azərbaycana olan “mütləq” iddiasını “adi” iddia ilə əvəz etməkdir. Orda kürd də olsun, erməni də olsun, farsda olsun və onlar da bu ərazilərə iddia etsinlər. Və bu şəkildə türklərin iddiası, iddialardan birinə  çevrilsin . Uzaq hədəfdə isə ümumiyyətlə türklərin bölgədən uzaqlaşdırması planlaşdırılır”.

Güney Azərbaycan Milli Hərəkat fəallarına qarşı təqib və təziqlər davam edir.

Belçikada təhsil alan Güney azərbaycanlı tələbəyə İranda 6 il həbs verilib

Beş aydan çoxdur İranda həbsdə saxlanan azərbaycanlı tələbə Həmid Babayiyə 6 il həbs cəzası verilib.

Məlumata görə, Belçikanın Lyej Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Həmid Babayi 2013-cü ilin avqust ayında həyat yoldaşı ilə birlikdə valideynlərini görmək üçün İrana gəlib. Həmid Babayi ölkəyə qayıtdıqdan bir neçə gün sonra İran Kəşfiyyat Nazirliyinə çağırılıb dindirilib və həbs edilib. Bəzi müstəqil və müxalif mənbələrin yaydığı xəbərlərə görə, ETTELAAT-da dindirilərkən Həmid Babayiyə təzyiq göstərilib, Belçikada təhsil alan müxalif iranlı tələbələr haqda ona suallar verilib və ondan həmin tələbələr barədə məlumat toplayıb ETTELAAT-a ötürməsi istənilib.

Belçikadakı müxalif iranlı tələbələr haqda heç bir məlumata malik olmadığını və yalnız təhsili ilə məşğul olduğunu bildirən azərbaycanlı tələbə ETTELAAT-la əməkdaşlıq təklifini rədd edib. Son günlər vəkildən məhrum edilən Həmid Babayinin qapalı məhkəməsi keçirilib.

Məhkəmə iclası cəmi 10 dəqiqə çəkib və azərbaycanlı tələbə casusluqda, düşmən ölkələrlə əlaqə saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycanlı milli-mədəni fəal Taha Kermaninin müvəqqəti həbs müddəti 2 ay uzadılıb. Buna səbəb isə fəal tərəfindən ona qarşı irəli sürülən yalan ittihamların qəbul edilməməsidir. Məhz buna görə, İnqilab Məhkəməsinin 20-ci şöbəsinin müstəntiqi fəalın müvəqqəti həbs müddətini 2 ay artırıb. Fəala qarşı sistemin əleyhinə təbliğ, sistemin atributlarına (müqəddəsat) təhqir, susuzgöl veblağı vasitəsilə sistemə qarşı təbliğ, ümumi əmlakı təxrib etmə, müstəqil fəallar cərəyanına üzvlük kimi uydurma ittihamlar irəli sürülüb.
Həmçinin Taha Kermani ilə birlikdə tutulan Hüseyn Əli Məhəmmədiyə qarşı da ittihamlar irəli sürülüb. Azərbaycanlı milli mədəni fəal Hüseyn Əli Məhəmmədi də ona qarşı irəli sürülən ittihamları rədd edib. Hüseyn Əli Məhəmmədi də yuxarıda qeyd etdiyimiz ittihamlarla suçlanıb.

Həbsdə olan “Traxtur” tərəfdarlarından 16 yaşlı iki nəfəri rejim məmurlarının işgəncəsi nəticəsində xəstəxanaya yerləşdirilib. Həmin “Traxtur” tərəfdarlarının ekiz qardaş (Yaşar Səadəti və Salar Səadəti) olduqları bildirilir. Tərəfdarlara qarşı işgəncə verildiyi üçün onlarda ürək çatışmazlığı yaranıb və məcburən onlar xəstəxanaya yerləşdiriliblər. Rejimin təhlükəsizlik qüvvələri yeniyetmə tərəfdarların ailəsi ilə əlaqə saxlayaraq, onlara övladlarının xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Tərəfdarların ailəsi övladlarının sağlamlıq durumundan nigarandırlar.
Xatirladaq ki, xəbər verdiyimiz kimi “Traxtur” futbol takımının istefa vermiş uğursuz baş məşqçisi Məcid Cəlalinin yenidən bu kluba qaytarılması qərarı ciddi etirazlara yol açıb.
Klubun idarə heyətinin bu qərarı “Traxtur” tərəfdarlarının etirazına səbəb olub. Onlar klubun İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) girovuna çevrildiyinə etiraz edib, idarə heyətinin üzvləri və Məcid Cəlalinin telefon nömrələrini SMS vasitəsi ilə bir-birlərinə göndəriblər. “Traxtur” tərəfdarları bu vasitə ilə hər kəsi etiraza çağırıblar. Bundan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib və soydaşlarımızdan 25 nəfərini yaxalayıb və naməlum istiqamətə aparıb. Yuxarıda sözü gedən ekiz qardaşlar isə tutulanların arasında olublar.

MDHP Güney Azərbaycan Departamenti 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı