Modern.az

Din xadimləri Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO 

Din xadimləri Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO 

Aktual

20 Yanvar 2025, 12:45

Din xadimləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu gün Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canından keçən şəhidlərimizin anım günüdür. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. 

​ 20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.    

Allah 20 Yanvar və bütün Vətən şəhidlərinə rəhmət eləsin!

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!